53 yaşlı kişi intihar etdi

5 Oktyabr 2017 11:39 (UTC+04:00)

Abşeron sakini özünü asaraq intihar edib. Movqe.az-ın

"Report"un məlumatına görə, hadisə rayonun Saray Bağları deyilən ərazisində baş verib.

Abşeron rayon sakini, 1964-cu il təvəllüdlü Elşən Mahmud oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.