Amerikalı həmsədr Qarabağa səfər edib

5 Oktyabr 2017 11:59 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer işğal altında olan Dağlıq Qarabağa səfər edib.

Movqe.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. 

Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Endryu Şofer münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.