Bakıda təhlükəsizliklə bağlı konfrans

5 Oktyabr 2017 12:10 (UTC+04:00)

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin Anti-terror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası və MDB dövlətlərinin təhlükəsizlik və xüsusi Xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi konfransı keçirilib.

 Movqe.az-ın verdiyi xəbərə görə, tədbirin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsidir. Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İsmayıl Bağırov iştirak edib.

Tədbirə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri qatılıb. 
 
Bu konfransa  ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası yanında İŞİD, “Əl-Qaidə” və Taliban terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri nümayəndələri dəvət ediliblər.