Bankların kredit siyasəti əhali üçün böyük təhdidə çevrilir

5 Mart 2013 10:30 (UTC+04:00)

Ölkəmizdə istehlak kreditlərinin həcminin artması son dövrlərdə daha böyyük narahatlıq predmetiən çevrilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, istehlak klrediti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq Mərkəzi Bankın rəhbərliyi ilə görüş keçiriləcək. Onun sözlərinə görə, Mərkəzi Bankda keçirilən görüşdə ölkədə kredit siyasəti, xüsusən də istehlak krediti məsləsi müzakirə olunacaq və bu sahədə yaranmış vəziyyət və perspektivləri məsələsi müzakirə olunacaq.

Z.Səmədzadədeyib ki, bundan əlavə, bankir və iqtisadçıların iştirakı ilə görüşün keçirilməsi nəzədə tutulur və orada da bu məsələ real vəziyyət təhlil ediləcək. Komitə sədrinin fikrincə, ölkə əhalisinin böyük bir qisminin banklardan borclu etmək düzgün deyil: "Düzdür, bu problem dünyada mövcuddur, amma düzgün yanaşma deyil. Bütün bu məslələri müzakirə etmək məqsələ də Mərkəzi Bank rəhbərliyi ilə görüşüm olacaq".

Ekspertlərin fikrincə, istehlak kreditlərinin indiki artımının yalnız öz vəsaitlərini yerləşdirməyə çətinlik çəkən banklara faydası var. Belə ki, banklar uzunmüddətli iqtisadi layihələrə kredit verməkdən qaçırlar. Onlar əhaliyə riski az olan kreditlər verməkdə maraqlıdır ki, bunlar da istehlak kreditləri və məişət kreditləridir. Onların məbləği azdır və bankların bu kreditlərinin arxasında girov durur. Elə analitiklərin fikrincə, bu zaman mənfi tendensiyalar yarana bilər. Belə ki, ortada bir əmlak, mülkiyyət söhbəti var və krediti qaytara bilməyən hər kəsin malını bank satışa çıxara bilər. Yəni bank girov üçün qoyulmuş əmlakı - evi, ya avtomobili ələ keçirmək üçün hər vasitəyə əl ata bilər. Buna Qərb təcrübəsində rast gəlinir və belə hallar əmlakın həddən artıq ucuzlaşmasına səbəb olsa da alıcı kontingenti az olur və vətəndaşın mülkiyyəti əlindən çıxır.

Daha bir hal isə odur ki, belə vəziyyət həm də kreditə verilən malların qiymətinin qalxmasına səbəb olur. İkinci tərəfdən isə əsas resurslar istehlak kreditlərinə verildiyindən uzunmüddətli iqtisadiyyat layihələri maliyyələşə bilmir. Halbuki, resurslar istehsal sahələrinə yönəldilsə idi, bu, neftdən kənar bölmənin inkişafına səbəb ola bilər. Reallıq isə odur ki, Azərbaycanda kreditlərin yarıdan çoxunu, təxminən 60-65%-ni istehlak və ticarət kreditləri təşkil edir ki, bu da iqtisadiyyatın neftdən kənar bölmələrinin canlanmasına heç bir təsir göstərə bilmir. Dünya təcrübəsində də iri kommersiya banklarının heç biri bu cür istehlak kreditləri ilə məşğul olmur. Qeyd edək ki, 2012-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 4,245 mlrd. manata çatıb. Bu, bank sistemi üzrə məcmu kredit qoyuluşlarının 35,3%-ni təşkil edir ki, bu da digər kreditləşdirilən sahələrlə müqayisədə ən yüksək göstəricidir. İstehlak kreditlərinin illik artım 31%-ə bərabərdir və bu illik artım tempi Azərbaycan bank sistemi üçün artıq ənənəvidir.

O da məlumdur ki, banklar istehlak kreditlərini çox yüksək faizlə verir. Bankların ən aşağı faizi illik 25-26, ən yüksək 35-36 faizdir. Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit faizləri arasında əlaqə mövcud deyil. Uçot dərəcəsi 4, 75 faiz olsa da kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcələrində azalma, demək olar, müşahidə edilmir. Uçot dərəcəsi ilə kredit faizləri arasında 6-7 dəfəyədək fərq var.

İqtisadçının fikrincə, kreditlərin yüksək faizlə verilməsi nəticəsində problemli kreditlər ortaya çıxır. Yəni əhali verilən kreditlərin qaytarılmasında çətinliklər çəkir. Buna müvafiq olaraq banklar kredit şərtlərini daha da sərtləşdirir.

Ekspertlər problemli kreditlər arasında məhz istehlak kreditlərinin üstünlük təşkil etdiyini vurğulayır. İstehlak kreditlərinin daxilində isə avtomobillər üçün verilən vəsaitlər yüksəkdir. Habelə, tikinti sektorunda yaranan böhran da bu sahəyə təsirini göstərir. Mənzil bazarında durğunluq yarandığından şirkətlər götürdükləri borcları qaytarmaqda çətinlik çəkirlər. Mütəxəssislər problemin həllindən xarici təcrübələrdən istifadə etməyi mümkün sayır. Onların fikrincə, hazırda əsas problem kredit risklərinin idarə edilməsidir. Bura kadr bazası və kredit verərkən real situasiyanın tam öyrənilməsi daxildir. Təəssüf ki, menecmentlik işi banklarda hələ də təkmilləşməyib. Vaxtı keçmiş kreditlərin qarşısını almaq üçün faiz dərəcələrinin aşağı salınması vacibdir.

Lakin elə indinin özündə də banklar qısa zamanda çox gəlir əldə etməyə çalışaraq əvvəlki kimi yüksək faizlə kreditlər təklif edirlər. Bu zaman istehlakçıların hüquqları da pozulur. Ekspertlərə görə isə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin daha təkmilləşdirilməsi və sərtləşdirilməsi olduqca vacibdir.