Bakıda 60 yaşlı qadın taksidə öldü

5 Oktyabr 2017 17:20 (UTC+04:00)

Bakıda taksidə ölüm olub. Movqe.az  xəbər verir ki, Bakı-Ələt yolunun Sahil qəsəbəsindən keçən hissəsində hərəkətdə olan taksidə sərnişin 1957-ci il təvəllüdlü Gülsətin Şöyübovanın halı qəfil pisləşib. Sürücü avtomobili kənara çəkərək saxlayıb və təcili tibbi yardım çağırılıb. Lakin artıq gec olub, qadın keçinib.
 
İlkin məlumata görə, G.Şöyübova ürək tutmasından vəfat edib.