“Neyt” qasırğası Mərkəzi Amerikada 20-dən çox insanın həyatına son qoyub

6 Oktyabr 2017 11:35 (UTC+04:00)

Tropik “Neyt” qasırğası Mərkəzi Amerikanın Kosta-Rika, Nikaraqua və Honduras kimi ölkələrində azı 22 nəfərin ölümünə səbəb olub.

Movqe.az AzərTac-a istinadla xəbər verir ki, qasırğa nəticəsində evlər və körpülər dağılıb, yollar iflic vəziyyətinə düşüb. Kosta-Rikada minlərlə insan sığınacaqlarda yerləşdirilib. Oktyabrın 5-dən etibarən dəmir yollarının hərəkəti dayandırılıb, hava uçuşları təxirə salınıb. Ölkənin vitse-prezidenti Rosario Murillo vətəndaşları ehtiyatlı olmağa çağırıb.