Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bəyanat yayıb

6 Oktyabr 2017 12:25 (UTC+04:00)

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bəyanat yayıb. Bəyanatda bildirilir: “Azərbaycan Türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilib. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq və müstəqillik uğrunda dayanmadan mübarizə aparb. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda Türk milləti özünün ən yüksək oyanış və özünü ifadə mərhələsinə çatıb. Azərbaycan türkünün milli mübarizəsi, güneydən gələn haqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxıb. Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə,Güney Azərbaycanın tanınmış hərəkatçıları Güney Azərbaycan Demokratik Türk Birliyini (GADTB)yaradıblar.
DİA.AZ xəbər verir ki, GADTB İran adlanan yerdə Türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünərək, başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün Türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoyub. 
Milli və demokratik dəyərələrə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə mübarizə aparmağa çağırır.
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadə
Əjdər Tağızadə Ərdəbil şəhərinin Nəmin mahalının Kanaza kəndində doğulub. İsfahan universitetinin tarix fakültəsini bitirib.35 ilə yaxındır ki,Güney Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. 80-ci illərin sonlarından başlanan Quzey Azerbaycanın milli azadlıq hərəkatında fəal iştirak edib. 1997-cil ildə BAB ın yaranmasında xüsusi xidmətlər göstərib. BAB-da Əbülfəz Elçibəyin siyasi məsələlər üzrə müavini olub. DAK-ın yaradıcılarından biridir, DAK idarə heyətinin üzvü və DAK Daimi Şurasının sədridir.
İsveçdə 80-ci illərdən Azərbaycan Kültür evinin rəhbəridir. İsveçdə Araz Azərbaycan səsi radiosunun təsisçisi və rəhbəri olmaqla yanaşı, Azərbaycan TV-nin İsveçin rəsmi dövlət kanalında 4 il rəhbəri olub. Hazırda İsveçin Malmö şəhərində mühacirətdə yaşayır.