"Liverpool"un canlı əfsanəsinin şərəfinə "Anfield Road"da tribuna

6 Oktyabr 2017 12:47 (UTC+04:00)

"Liverpool" ev oyunlarını keçirdiyi "Anfield Road" arenasında klubun əfsanəsi Kenni Dalqliş adını əbədiləşdirəcək. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Centenary Stand" tribunasına şotland mütəxəsisin adı veriləcək. Tribunanın rəsmi açılışı "Manchester United"lə oyundan öncə, oktyabrın 14-də baş tutacaq.

Dalqliş həm futbolçu, həm də məşqçi kimi "qırmızılar"ın uğurları üçün çalışıb. O, "Liverpool"a İngiltərədə mümkün olan bütün titulları qazandırıb.