Lavrov: "Bu danışıqların tezliklə finişə çatacağına ümid edirik"

6 Oktyabr 2017 13:44 (UTC+04:00)

Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.
 
O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır: "Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya üzrə hazırlıq prosesini müzakirə etdik".