Gürcülər Bakıda cibə girdilər

6 Oktyabr 2017 14:56 (UTC+04:00)

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb. 
 
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.