Gündə 3 fincan qəhvə içsəniz bunlara hazırlıqlı olun

10 Oktyabr 2017 10:14 (UTC+04:00)

Gündə 3 fincan qəhvə ömrü uzada bilər. Qəhvədən mütəmadi istifadə bir sıra xəstəliklərdən ölüm təhlükəsini azaldır.

Movqe.az  big.az-a istinadən bildirir ki, britaniyalı alimlərin araşdırması belə deməyə əsas verir. Onlar iddia edirlər ki, qəhvədən istifadə ilə qan dövranı və həzm orqanları xəstəlikləri arasında birbaşa əlaqə var. Bu barədə metbuat.az nəşri məlumat yayıb.

Tədqiqat 10 Avropa ölkəsində, yaşı 35-dən yuxarı olan 500 min insan arasında aparılıb. Araşdırmalar 16 il davam edib. Alimlər qeyd edirlər ki, Avropa ölkələrində qəhvənin hazırlanması və istifadə olunma ənənəsi müxtəlif olsa da, nəticələr bütün regionlarda eyni olub.