Gülər Əhmədovanın yeni vəkilindən ilk açıqlama-Eksklüziv
5 Mart 2013 13:15 (UTC+04:00)
Gülər Əhmədovanın yeni vəkili Raqif Məmmədov Movqe.az-a açıqlama
verib. Vəkil bidirib ki, dünən axşam saatlarında Gülər Əhmədova ilə
qısa görüşü olub: "Dünən Gülər Əhmədova ilə görüşdüm. Vaxt az
olduğundan, yarım saat ərzində qısa söhbətimiz oldu. Gülər Əhmədova
mənimlə söhbətində də barəsində élan edilən cinayət işi ilə bağlı
özünü günahkar bilmədiyini söylədi. Dedi ki, o, Elşad Abdullayevin
təxribatının qurbanıdır".
R. Məmmədov Gülər Əhmədova ilə müdafiə taktikasını müzakirə
etdiklərini, müdafiə etdiyi şəxsin özünü təqsirkar bilmədiyini
söylədi. Onun sözlərinə görə, Gülər Əhmədovanın səhhətində
problemlər olsa da, sabiq deputatla görüşdə onun ruh düşkünlüyündə
olmadığını görüb: "Gülər Əhmədova inanır ki, haqq-ədalət öz yerini
tapacaq. Elşad Abdullayevin ona böhtan atdığı aşkara çıxacaq".