Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar

7 Oktyabr 2017 16:30 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Endrü Şofer-ABŞ və Stefan Viskonti-Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

Movqe.az-ın təşkilatın saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:

"Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib".

Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.

trend