Millimiz DÇ-2018-in seçmə mərhələsində keçirdiyi son oyunda darmadağın olundu

9 Oktyabr 2017 00:46 (UTC+04:00)

 

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxıb. Robert Prosineçkinin yetirmələri səfərdə Almaniyanın qonağı olub. Movqe.az goal.az-a istinadla xəbər verir ki, Bundestimin qapımıza vurduğu 5 qola komandamız 1 qolla cavab verib. Beləliklə, seçmə mərhələnin C qrupunda 10 xal toplayan Azərbaycan 5-ci olub.

 

DÇ-2018, seçmə mərhələ, X tur

8 oktyabr

C qrupu

22:45. Almaniya - Azərbaycan 5:1

Qoretska, 9, Vaqner, 55, Bədavi Hüseynov (avtoqol), 55, Emre Can 81 - Ramil Şeydayev, 34

Baş hakim: Andris Treimanis

Yan xətt hakimləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs

Dördüncü hakim: Aleksandrs Golubevs (hakimlər Latviyadandır)

Kayzerslaytern. “Fritz Valter Stadion”