Binəqədidə ev yanıb

9 Oktyabr 2017 08:58 (UTC+04:00)

Bakı şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN)Movqe.az-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstrukiyaları 18 m² sahədə, dəhlizin tavanı 5 m² və dam örtüyü 28 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.