Cinsiyyətini dəyişdi, iddialar səngimədi

5 Mart 2013 15:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, cinsiyyətini dəyişdirərək kişi olan və Rüzgar adını qəbul edən aktrisa Nil Erkoçların cinsiyyət dəyişdirmə əməliyyatı olunmadığı iddia edilib. Proqramlardan birinə qonaq olan Erol Kösə maqazin gündəmini dəyişdirəcək yeni bir iddia ortaya atıb. Nil Erkoçların hələ cinsiyyət dəyişdirmə əməliyyatı keçirtmədiyini deyən Erol Kösə bu xəbəri Hənifə adlı bir həkimdən eşitdiyini söyləyib. Nil Erkoçların hələ "qadın" olduğunu ifadə edən Erol Kösə, gənc aktrisanın strategiya işlətdiyini bildirib.