Bakıda faciə: ana və oğlunun meyiti tapıldı

9 Oktyabr 2017 11:06 (UTC+04:00)

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.

1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.

Faktla bağlı araşdırma aparılır.