“Türk milləti hər zaman olduğu kimi Azərbaycanın yanındadır”

9 Oktyabr 2017 11:27 (UTC+04:00)

İşğal altında olan Qarabağ torpaqlarına gedən həmin şəxslərin, Türklüklə problemi olan insanlardır. Hesab edirəm ki, onlara zaman ayırmaq lazım deyil.

Diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib ki, bu sözləri Niderland Türk Federasiyasının başqanı Murat Gediklə söhbəti zamanı bildirib:

“Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarına gedən həmin şəxslər Türkiyədən bir dəvətlə gediblər. Bu insanlar illərdir ki, Türkiyədə terror təşkilatlarının və Türk düşmənlərinin təbliğatını aparıblar. Şübhəsiz ki, bunlar erməni lobbisinin fəaliyyətinə və onların ideyalarına  dəstək olmaq üçün orada olublar. Bunlar zatən Türkiyədə hər zaman erməni probleminin sözçülüyünü edirlər”.

Murat Gedik Azərbaycan cəmiyyətinin rahat olmağa çağırıb:


“Azərbaycan insanı bunu yaxşı bilməlidir ki, bunlar  nə Türk dövlətini,nə də Türk insanını təmsil edirlər. Türk insanı onsuzda bu tipləri çox yaxşı bilir və son hərəkətlərindən də təəccüblənməyiblər. Bizlər inanırıq ki, bir gün işğal edilmiş olan Azərbaycan torpaqları yenidən azadlığına qovuşacaq və orada Azərbaycan bayrağı dalğalanacaq. Türk milləti hər zaman olduğu kimi Azərbaycanın yanındadır və haqlı davasını sona qədər dəstəkləyir”,-deyə Murat Gedik vurğulayıb