YAP-ın yaranmasının 25 illiyinə həsr olunan tədbir

9 Oktyabr 2017 14:12 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar olaraq YAP-ın Gəncə şəhər Təşkilatının sədri,millət vəkili Naqif Həmzəyev və təşkilatın qadınlar şurasının sədri, millət vəkili Pərvin Kərimzadənin iştirakı ilə II kurs tələbələriylə görüş keçirilmişdir. Görüşü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə gəlməsindən sonra respbulikanın inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında ,Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaratdığını bildirmişdir. 

Çıxış edənlər Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirdilər. Gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd edən millət vəkilləri Gəncə gənclərinin də ölkə başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd etdilər.
Tələbələrdən Nərmin Verdiyeva , Yunus Abazaliyev çıxış edərək YAP-ın üzvü olduqlarından qürür hissi keçirdiklərini bildirmişlər. 
Sonda YAP sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV