Bakıda 24 yaşlı qız yoxa çıxdı - FOTO

9 Oktyabr 2017 15:44 (UTC+04:00)

Bakıda gənc qız itkin düşüb.

Movqe.az xəbər verir ki, bu barədə baku.ws-yə itkin düşən qızın yaxınları məlumat verib.

Bildirilir ki, 24 yaşlı Olesya Yaqubova ötən gün evdən çıxıb və geri qayıtmayıb.

O.Yaqubovanı sonuncu dəfə "28 May" metrostansiyası yaxınlığında görbülər.

Onun əynində sarı gödəkcə, cins şalvar olub.