"Azərsu" 11-ci xidməti istifadəyə verdi: daha asan, daha tez - FOTO

9 Oktyabr 2017 15:58 (UTC+04:00)

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. Bu sahədə bu sahədə zəruri işlər aparılaraq "Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi" elektron xidmətinin göstərilməsinə başlanılıb. 

Movqe.az "Azərsu"nun mətbuat xidmətinə istinadən bildirir ki, bu xidmət vasitəsilə əhali qrupu istehlakçıları abonent koduna görə son 12 ay üzrə ödəniş və faktura məlumatlarını əldə etmək imkanı qazanır. Xidmətdən istifadə e-gov.az portalı və www.azersu.az   saytı üzərindən həyata keçirilir. Xidmət tam avtomatlaşdırılıb və real vaxt rejimində icra olunur. Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən audentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidirlər. Bundan sonra istifadəçi ona təqdim olunan elektron ünvanda açılan ekranda "Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi" elektron xidmətini seçərək istifadə edə bilər.

Müraciət edən şəxs 13 rəqəmli abonent kodunu sistemə daxil etdikdən sonra şəxsi məlumatlarına baxış imkanı əldə edir. İstehlakçıya aşağıdakı şəxsi məlumatlar təqdim olunur:

·     Abonentin adı, soyadı, ata adı;

·     Abonentin yaşayış  ünvanı;

·     Xidmət göstərilən şəxslərin sayı;

·     Göstərilən xidmətin növü;

·     Sayğacın tipi;

·     Hesabat ili və ayı;

·     Son 12 ay üzrə faktura sərfiyyatı;

·     Son 12 ay üzrə faktura məbləği;

·     Son 12 ay üzrə ödənilmiş məbləğ.

Qeyd edək ki, "Azərsu" ASC-nin "Elektron hökumət" portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 11-ə çatdırılıb.