Məşhur fransız aktyor vəfat etdi

9 Oktyabr 2017 16:12 (UTC+04:00)

Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, J.Roşfor 1950-ci illərdə aktyorluq karyerasına başlamışdı. O, "Varis", "Möhtəşəm Anjelika", "Fanfan-zanbaq", "Qara çəkməli hündür sarışın" və digər filmlərdəki rolları ilə şöhrət qazanmışdı.