Dünyanın ən məşhur aktyorlarından biri, "Rokki" və "Rembo" obrazları ilə canlı əfsanəyə çevrilmiş 71 yaşlı Silvestr Stallone dünən üç qızı ilə birlikdə restorana yollanmışdı.
Movqe.az milli.az-a istinadən bildirir ki, 21 yaşlı Sofiya və 19 yaşlı Sistin Kaliforniya ştatındakı Şerman-Ouksda, "Casa Vega" restoranında atalarının müşayiəti ilə şam ediblər.
S.Stallonne 1974-cü ilin dekabrında evləndiyi Saşa Çakı boşayandan sonra model Bricit Nilsenlə ailə qurmuşdu. Stallone ilə Nilsen 1985-ci ildə boşanıblar. 1997-ci ildəsə Stallone Cennifer Flavinlə evlənmişdi.
Stallonenin bu nikahdan Sofiya, Sikstin və Skarlet adlı üç qızı var.
"Qızlarımı çox sevirəm. Qızıma söz deyən qarşısında məni görəcək", - Stallone restoranı tərk edərkən reportyorlara gülərək belə deyib.