ABŞ-ın sabiq Prezidenti Şimali Koreyaya səfər etmək istəyir

10 Oktyabr 2017 10:23 (UTC+04:00)

ABŞ-ın sabiq Prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etmək və bu ölkənin lideri Kim Çen İnlə görüşmək istəyir.

Bu barədə Movqe.az trend-ə istinadən məlumat verir.

Bir neçə gün əvvəl "Washington Post" qəzeti 93 yaşlı C.Karterin ABŞ rəhbərliyini danışıqlar aparmaq üçün Şimali Koreyaya yüksək səviyyəli nümayəndə heyəti göndərməyə çağırdığını yazmışdı.

Xatırladaq ki, 1994-cü ildə C.Karterin köməkliyi ilə Birləşmiş Ştatlarla KXDR arasında "ilk nüvə böhranı"ndan çıxış üzrə Cenevrə razılaşması əldə olunmuşdu.