Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zona açıla bilər

10 Oktyabr 2017 11:27 (UTC+04:00)

""Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib.

C.Əsgərov əlavə edib: "Bu layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".