Qanunsuz ov edən şəxslər tutuldu

10 Oktyabr 2017 16:20 (UTC+04:00)

İmişli rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri Nazir Əliyevdən və Süleyman Məmmədovdan 2 ədəd "TOZ" markalı ov tüfəngi götürülüb.