Prokuror iş otağında güllələndi

10 Oktyabr 2017 17:46 (UTC+04:00)

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma başlayıb.