Əbülfəz Elçibəyin qardaşı vəfat edib

11 Oktyabr 2017 11:35 (UTC+04:00)

 Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev dünyasını dəyişib.

“Report”un xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
A.Əliyev bu gün Bakının Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. 
Qeyd edək ki, A.Əliyev 1934-cü ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.