Mustafa Ceceli 5 minə dayə tutdu

11 Oktyabr 2017 14:15 (UTC+04:00)

Türkiyəli müğənni Mustafa Cecelinin filippinli dayə tutması həyat yoldaşı Selin İmerin hamilə olması xəbərini yenidən gündəmə gətirib.

Movqe.az axşam.az-a istinadən bildirir ki, İmerin 4 həftəlik hamilə olduğu deyilir. İkinci dəfə ata olacağını öyrənən Mustafa körpəsi üçün indidən hazırlıqlara başlayıb.

O, filippinli dayəyə 5 min lirə (təxminən 2500 manat) maaş verəcək.
 
Qeyd edək ki, bir qədər əvvəl ceceli ilə xanımı uşaqlarının olacağı xəbərini inkar etmişdilər.
 
Xatırladaq ki, Mustafa Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ailə qurub. Müğənninin əvvəlki nikahından bir oğlu var.