Baxıcısını öldürüb

26 Aprel 2012 13:30 (UTC+04:00)
Yeni Zellandiyada dəhşətli hadisə baş verib. Aukland şəhəri yaxınlığındakı Franklin zooparkında yaşayan fil baxıcısını öldürüb. 4 ildir zooparkda olan Cumbo adlı fil, onu bəsləmək məqsədi ilə gələn baxıcısına hücum edib. 30 dəqiqə can verən talehsiz qadının təcili yardımla xəstəxanaya gedən zaman yolda öldüyü söylənilib. Zooparkında tək fil olan Jumbo əvvəllər  sirkdə göstərilərə çıxırdı.

Ziba Yusifova
Mövqe.az