Yanacaqdoldurma məntəqəsində bıçaqlanma

12 Oktyabr 2017 10:17 (UTC+04:00)

Bakıda yanacaqdoldurma məntəqəsində orta yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Xaqani" yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Ələkbərov Xəyal Ramiz oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı X.Ələkbərov bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır. Nərimanov RPİ-dən verilən məlumata görə, hadisəni törədən şəxs (hələlik adı açıqlanmır) saxlanılıb.