Ermənistan ordusunun itkiləri AÇIQLANDI

12 Oktyabr 2017 13:20 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin 2017-ci ilin 10 ayında verdiyi itkilərin sayı açıqlanıb.
 
Movqe.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dövr ərzində düşmən ordusu 45 hərbi qulluqçusunu itirib. Onlardan 22-sinin döyüş, 23-nün isə qeyri-döyüş itkiləri olduğu bildirilir.
 
Qeyd olunan müddətdə, 39 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Siyahıya oktyabrın 11-də Azərbaycan-Ermənistan sərhədində öldürülən Çaplin Marqaryan daxil edilməyib.