Milli Məclisin oktyabrda keçiriləcək sonuncu plenar iclasının tarixi məlum olub

12 Oktyabr 2017 16:48 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin oktyabr ayında keçiriləcək sonuncu plenar iclasının vaxtı açıqlanıb.
Movqe.az-ın xəbərinə görə, iclas oktyabrın 31-də baş tutacaq və bu ay keçiriləcək sayca üçüncü toplantı olacaq.
Plenar iclasın gündəliyi yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçirilib. Növbəti toplantı isə oktyabrın 20-də olacaq.