Göyçayda sahibsiz it 3 nəfərə hücum edib

13 Oktyabr 2017 10:37 (UTC+04:00)

Göyçay rayonunda 3 nəfər itin hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.Movqe.az-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.
Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib.
 
Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub.