6 Yunan adasını aldı

5 Mart 2013 22:44 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyanın ən varlılarından biri olan Qatar Əmri Şeyx Hamad bin Xəlifə əs-Sani Oksia adası daxil olmaqla 5 Yunan adasını satın alıb. Əmir əl Saninin İon Dənizində olan Oksia adası daxil olmaqla 5 kiçik adacığı satın aldığı, adalara 8,5 milyon avro ödədiyi bildirilib. İthaki Adası Bələdiyyə Başçısı Yannis Kassianos, Qatar əmirinin Oksia adasını 4,9 milyon, digər 5 adacığı isə 3,5 milyon avroya aldığını təsdiq edib. Kassianos, sözü gedən adaların dövlətə yox ayrı-ayrı şəxslərə aid olduğunu bildirərək, adaların inzibati olaraq İthakiyə aid olduğunu söyləyib. Xatırladaq ki, Yunanıstanı vuran iqtisadi böhran səbəbiylə adalar sahibləri tərəfindən satışa çıxarılmışdı.