Millidə türk məşqçi?

13 Oktyabr 2017 13:13 (UTC+04:00)

Yığmamızın baş məşqçisi Prosineçki bir neçə gün əvvəl Xorvatiya mətbuatına verdiyi açıqlamada Azərbaycan millisinin baş məşqçi postundan gedəcəyini bildirmişdi.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı Prosineçkini Engin Fıratın əvəzləyəcəyini yazıb.

Son olaraq, ABŞ-ın “Dallas City" klubunu çalışdıran Fıratın yığmamızdan başqa İranın “Saypa” klubu, Moldova və Kosova milliləri ilə adı hallanır. Onun Moldova yığmasına keçməyə daha yaxın olduğu bildirilir.