İlham Əliyevin Sarkisyanla görüşünün vaxtı və yeri AÇIQLANDI

13 Oktyabr 2017 13:07 (UTC+04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb.

Movqe.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək.