Mövqe.az
xəbər verir ki, Almaniyadakı firmalardan birində insan əlinin
gücünü və həssaslığını ikiqat artıran yeni texnologiya məhsulu
olan avtomatik əlcəklər istehsal olunub . Bu məhsul
sayəsində incə sənətkarlıq və güc tələb edən hər bir
sektordan daha çox səmərə əldə olunması hədəflənir.
Esslingendəki sənayeyə nəzarət və avtomatlaşdırma firması olan
"Festo"nun təkminləşdirdiyi "ExoHand" adlı avtomatik əlcəklər
Hanover ticarət mərkəzində nümayiş etdirilib. Festo mühəndisləri bu
əlcək vasitəsilə insan əlinin dözümlülük gücünü artırdıqlarını
deyiblər.
Mexaniki bir skeletə bənzəyən ExoHand onu istifadə edən adamın
hərəkətlərinə həmin anda reaksiya verən robotla
birlikdə işləyir. Robotun barmaq uclarındakı qəbul edicilər
"ExoHand"i geyən adamın diqqət və həssaslıq tələb edən işlərini
daha asan görə bilməsini təmin edir . Cihazdan elə bu
xüsusiyyətinə görə sağlamlıq sektorunda da istifadə edilməsi
nəzərdə tutulur.
Əfqanə Məzahirqızı