Millimizin üzvü "Galatasaray"da

13 Oktyabr 2017 15:49 (UTC+04:00)

17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu Doğan karyerasını "Galatasaray"da davam etdirəcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, İstanbul nəhəngi 17 yaşlı yarımmüdafiəçini "Altınordu"ya təzminat ödəmədən transfer edib. Futbolçu "Galatasaray"dan başqa kluba transfer olarsa, məbləğın 50 faizini İzmir klubuna ödəyəcək.

Doğan ilk olaraq "cim bom"un U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra əsas komandaya qoşulacaq.

Qeyd edək ki, Mutlu Aksu Doğan 2016-cı ildə 17 yaşlılardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib.