Bakıda yeznə qaynını bıçaqladı

14 Oktyabr 2017 18:17 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Movqe.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, S.Əhmədov küçəsi-27 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Akif Babayev qayını, 29 yaşlı Əhmədov Səbuhi İsmayıl oğlunu bıçaqlayıb. Döş qəfəsindən 2 daxilə nüfuz etmiş xəsarət alan Səbuhi ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırlıb.
 
Qaynını bıçaqlayan A.Babayev tutulub.