Suraxanıda ev yanıb

15 Oktyabr 2017 14:00 (UTC+04:00)

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 45 m2 birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 12 m2 sahədə yanıb

Yüksək temperaturdan 1 otağın labirindən ibarət tavanı 12 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.