Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 40-a çatıb

16 Oktyabr 2017 09:00 (UTC+04:00)

ABŞ-ın Kaliorniya ştatında meşə yanğınları qurbanlarının sayı 40 nəfər çatıb.

Movqe.az-ın trend-ə istinadən verdiyi məlumata görə, daha əvvəl 35 nəfərin öldüyü bildirilirdi.

Yanğınlar azı 5,7 min ev və sənaye binalarını yararsız hala salıb.

Qeyd edək ki, yanğınlar səbəbindən 100 minə yaxın insan təxliyə olunub.