Bakıda qadını maşın vuraraq öldürüb

16 Oktyabr 2017 09:15 (UTC+04:00)

Bakının Yasamal rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az report.az-a istinadən bildirir ki, rayon ərazisində yolu keçmək istəyən 65 yaşlı qadını minik avtomobili vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Sürücü məsuliyyətə cəlb edilib.