50 yaşlı kişi faciəvi şəkildə öldü

16 Oktyabr 2017 09:30 (UTC+04:00)

Oğuzda 50 yaşlı kişi şabalıd ağacından yıxılaraq ölüb.

Movqe.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, oktyabrın 15-də rayonun Xaçmaz kəndində 1967-ci il təvəllüdlü Yaşar Məmməd oğlu Seyidməmmədov həmkəndlisinə məxsus şabalıd ağacından yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.