Zakir Həsənov Gürcüstan və Türkiyə SQ rəhbərlərinin görüşündə iştirak edəcək

16 Oktyabr 2017 11:13 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisiyə yola düşüb.

Müdafiə Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, Z.Həsənov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri (SQ) rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüş oktyabrın 17-də keçiriləcək.