Azərbaycanda falçılıqla məşğul olan Gürcüstan vətəndaşları tutulub

16 Oktyabr 2017 13:11 (UTC+04:00)

Azərbaycanda falçılıq edən Gürcüstan vətəndaşları saxlanılıb.
 
Movqe.az-ın xəbərinə görə, hüquq-mühafizə orqanlarına Yevlax rayonunda naməlum iki qadının falçılıq adı ilə vətəndaşları aldatması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Gürcüstan vətəndaşları Nataliya Yenisenko və onu qızı Anjelina olmaları müəyən edilib və onlar tutulublar.

APA