Paytaxtda 6 otaqlı ev yanıb

16 Oktyabr 2017 15:55 (UTC+04:00)

Bakının Xəzər rayonunda sahəsi 120 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın olub.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.