Portuqaliyada baş vermiş meşə yanğınlarında 27 nəfər ölüb

16 Oktyabr 2017 15:44 (UTC+04:00)

 Portuqaliyanın mərkəzində və şimalında baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində azı 27 nəfər ölüb, azı 51 nəfər xəsarət alıb.
Bu barədə Movqe.az reporta-a istinadən xəbər verir.
Portuqaliyanın Vətəndaş Müdafiə Xidmətinin sözçüsü Patrisiya Qasparın sözlərinə görə, ölkə ərazisində hələ də 145 yerdə yanğın davam edir, onlardan 32-si ciddi hesab olunur.