ABŞ Senatında Cənubi Qaz Dəhlizi ilə bağlı brifinq keçirilib

6 Mart 2013 11:05 (UTC+04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyinin verdiyi məlumata görə, brifinqdə Senatın Xarici Əlaqələr və Enerji Komitələrində təmsil olunan senatorların köməkçiləri iştirak ediblər.

 

V.Sokor çıxışında Cənubi Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən və Azərbaycanın bu layihədəki aparıcı rolundan ətraflı bəhs edib. O, Azərbaycana qazının ilk dəfə Avropa bazarına daxil olmasının Avropanın hazırkı enerji asılılığının azaldılması baxımından əhəmiyyətini qeyd edib.

 

V.Sokor bu layihənin iqtisadi baxımdan səmərəliliyini qeyd etməklə yanaşı, ümumilikdə regionun təhlükəsizlik mühitinə müsbət təsir edəcəyini vurğulayıb. Ekspert Cənubi Qaz Dəhlizi layihəsinin ABŞ-ın maraqlarına cavab verdiyini deyərək, Vaşinqtonun bu layihəni dəstəkləməsinin vacibliyini xüsusi qeyd edib.