Bu günə olan hava şəraiti

6 Mart 2013 11:18 (UTC+04:00)

Movqe.az-ın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, gecə və gündüz 2-5 dərəcə isti olacaq, axşama doğru isə temperatur 0 dərəcəyə yaxınlaşacaq.


Azərbaycanın rayonlarında

Martın 6-da hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.